Ru
21:39 / 03 İyun 2025

İlk: Latviya BMT TŞ-nın qeyri-daimi üzvü seçildi

İlk: Latviya BMT TŞ-nın qeyri-daimi üzvü seçildi
Eye

BMT Baş Assambleyası Konqo Demokratik Respublikası, Liberiya, Bəhreyn, Kolumbiya və Latviyanı 2026-2027-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib.

Bakupost.az xəbər verir ki, bu ölkələr 2025-ci il dekabrın 31-də səlahiyyət müddəti bitəcək Əlcəzair, Qayana, Koreya Respublikası, Syerra Leone və Sloveniyanı əvəz edəcək.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri gizli səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün BMT Baş Assambleyası nümayəndələrinin azı üçdə ikisinin səsini qazanmaq lazımdır.

Qeyd edək ki, Latviya əvvəllər heç vaxt BMT Təhlükəsizlik Şurasında olmayıb. Kolumbiya 7 dəfə, Konqo Demokratik Respublikası 2 dəfə, Bəhreyn və Liberiya hərəyə 1 dəfə BMT strukturunun qeyri-daimi üzvü seçilib.

Təhlükəsizlik Şurası 5-i (Rusiya, Böyük Britaniya, ABŞ, Fransa, Çin) daimi olmaqla 15 üzvdən ibarətdir. Qalanları hər il beş ölkədən ibarət qruplar şəklində seçilir. 2025-2026-cı illər üzrə Yunanıstan, Danimarka, Pakistan, Panama və Somali qeyri-daimi üzv olaraq qalacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar