Ru
13:46 / 05 İyun 2025

Başına kisə keçirilən QADIN ÖLDÜ - Cinayətin üstü açıldı

Başına kisə keçirilən QADIN ÖLDÜ -  Cinayətin üstü açıldı
Eye

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb.

Belə ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilib, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindiriliblər, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunub, sorğular verilib və digər zəruri istintaq və əməliyyat-axtarış hərəkətləri icra olunub.

Mayın 30-da, gecə saat bir radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyən olunması istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində, iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar