Ru
17:29 / 06 İyun 2025

Paşinyan məşhur qəzeti məhkəməyə verir

Paşinyan məşhur qəzeti məhkəməyə verir
Eye

“Hraparak” qəzetini mütləq məhkəməyə verəcəyəm, çünki ailə və mənəvi həyat mənim üçün dəyər və prinsipdir, insanları çaşdırmaq vasitəsi deyil”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

O, “Hraparak” qəzetinin özü və ailəsi haqqında hədyanlar tirajladığını bildirib.

“Bu münasibətlə mən də iddia edirəm ki, katolikos II Qaregin subaylıq andını pozub və övladı var.

Qoy II Qaregin də elan edilmiş dəyərlərə və katolikos statusuna uyğunluğunu sübut etmək üçün məni məhkəməyə versin”, - baş nazir qeyd edib.

“Erməni Apostol Kilsəsi bizim müqəddəsliyimizdir, kimliyimizdir. Biz o müqəddəsliyi ləkələyənlərə artıq dözməməliyik”, - Paşinyan yazıb.

Qeyd edək ki, "Hraparak" Paşinyanı evlilik sədaqətini pozmaqda ittiham edib. Nəşr yazıb ki, Nikol Paşinyan Anna Hakopyana xəyanət edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar