Ru
15:57 / 06 İyun 2025

Rusiya İlon Maska sığınacaq verə bilər

Rusiya İlon Maska sığınacaq verə bilər
Eye

"ABŞ-li sahibkar İlon Mask Rusiyadan siyasi sığınacaq ala bilərdi, lakin çətin ki, onun buna ehtiyacı yaransın. Ancaq belə bir ehtiyac yaransa, əlbəttə ki, Rusiya ona şərait yaratmağa hazırdır".


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov verib.

D.Novikov hesb edir ki, İ.Mask tamam başqa oyun aparır və ona heç bir siyasi sığınacaq lazım olmayacaq.

Rusiya rəsmisi bildirib ki, taktiki fərqlər olduğu kimi, strateji məsələlər də var və İ.Mask ikinci məsələyə sadiq qalacaq.

Qeyd edək ki, iyunun 5-də Donald Tramp və İ.Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt açıqlamalar veriblər. İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, D.Tramp 2024-cü ilin noyabrında keçirilən seçkidə qalib gələ bilməzdi. D.Tramp isə öz növbəsində bildirib ki, İ.Mask ABŞ hökumətinin səmərəliliyini artırmaq üçün departamentin işinə nəzarət edən zaman vəzifələrini effektiv şəkildə yerinə yetirməyib və ağlını itirib. ABŞ dövlətinin başçısı İ.Maskın şirkətlərini, o cümlədən "SpaceX" ilə hökumət müqavilələrini ləğv etməklə və onlara verilən bütün subsidiyaları ləğv etməklə hədələyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar