Ru
10:17 / 01 İyun 2025

Ucarda elektrik yarımstansiyasında yanğın - 8 kənd işıqsız qaldı

Ucarda elektrik yarımstansiyasında yanğın - 8 kənd işıqsız qaldı
Eye

Ucarda elektrik yarımstansiyasında yanğın olub.

Bakupost.az xəbər verir ki yanğın hadisəsi rayonun Müsüslü kəndində yerləşən yarımstansiyada baş verib.

Belə ki, səhər saatlarında stansiyada yerləşən transformatorların birində qəfil və güclü yanğın baş verib və qısa zamanda genişlənib.

Nəticədə rayonun Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.

Hadisə yerinə cəlb olunmuş Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvələri və texnikaları tərəfindən yanğının genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar