Ru
21:52 / 01 İyun 2025

Aerodromlar məhv edildi: Rusiya bir gündə nələr itirdi? – Şok rəqəm

Aerodromlar məhv edildi: Rusiya bir gündə nələr itirdi? – Şok rəqəm
Eye

Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, Rusiyanın əsas aviabazalarında qanadlı raketlərin strateji daşıyıcılarının 34%-i məhv edilib. 34%! Bir gündə!

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov Rusiya aerodromlarına endirilən kütləvi zərbələr və 40-dan çox strateji bombardmançının məhvi haqda qeyd edib.

O bildirib ki, sabah İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək:

“Şübhəsiz ki, bugünkü hadisə Ukraynanın danışıqlardakı mövqelərini gücləndirəcək. Türkiyədə keçirilən ilk danışıqlarda Medinski deyirdi: “4 vilayətin verilməsinə razı olmasanız, növbəti dəfə bu say 6 olacaq”.
Sabah İstanbulda Ukrayna tərəfi deyəcək: “Strateji aviasiyanın itkiləri sizə az gəldi? Növbəti dəfə başqa bir strateji sahəni də itirəcəksiniz, məsələn, raket kreyserlərinizi və s.”

Ona görə də məhz bu gün bu hadisənin baş verməsi zəruriydi”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar