Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
Bakupost/az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb və bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq araşdırmalar aparıb və məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilərək basdırılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.