Ru
23:42 / 31 May 2025

Günəşdə güclü partlayış: plazma buludu sabah Yerə çatır

Günəşdə güclü partlayış: plazma buludu sabah Yerə çatır
Eye

Günəşdə plazma emissiyası ilə müşayiət olunan, X sinfinə yaxın olan güclü partlayış baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat dərc olunub.

Məlumata görə, artlayış ötən gecə Bakı vaxtı ilə 04:05 radələrində M8.2 səviyyəsində qeydə alınıb və partlayışdan sonra sıçrayan kütlə Yer planetinə doğru istiqamətlənib.

Alimlər plazma buludunun iyunun 1-də Yerə çatacağını proqnozlaşdırır.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində kvadratmetr başına 10 nanovatlıq şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar