"Qarabağ"ın futbolçuları Azərbaycan Kubokunun finalında yaxşı oyun keçiriblər.
Bakupost.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Sabah"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibi təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Hər bir oyunçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi".