Ru
10:00 / 18 Aprel 2026

Başına 10 milyon qoyulmuşdu, ilk dəfə üzə çıxdı - VİDEO

Başına 10 milyon qoyulmuşdu, ilk dəfə üzə çıxdı  - VİDEO
Eye

İraqda fəaliyyət göstərən və ABŞ-nin tutulması üçün 10 milyon dollar mükafat elan etdiyi “Xətaib Hizbullah” təşkilatının baş katibi Əhməd əl-Həmidavi ilk dəfə ictimaiyyət qarşısında görünüb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Kərbəla şəhərində keçirilən “Qələbə yürüşü” zamanı tərəfdarları ilə birlikdə görüntülənib.

Bu, Həmidavinin ABŞ tərəfindən onun başına pul qoyulmasından sonra ilk ictimaiyyət arasında görünməsidir.
55 yaşlı liderin yürüş zamanı onlarla tərəfdarı ilə birlikdə hərəkət etdiyi və yayılan görüntülərdə maska taxdığı diqqət çəkib. Tədbir müxtəlif silahlı qrupların iştirakı ilə təşkil olunub. Əl-Həmidavinin SEPAH-la əlaqələrinin olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun tutulmasına kömək edəcək məlumat verənlərə 10 milyon dollara qədər mükafat vəd olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar