Ru
09:36 / 18 Aprel 2026

İranla danışıqlarda onlar iştirak edəcək - Tramp

İranla danışıqlarda onlar iştirak edəcək - Tramp
Eye

İranla danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, kürəkəni Cared Kuşner və ehtimal ki, vitse-prezident Ceyms Devid Vens iştirak edəcəklər.


Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ABC-yə verdiyi müsahibəsində deyib.

Bundan başqa Tramp əvvəllər İranla danışıqlar üçün yaxşı perspektivlər gözlədiyini vurğulayaraq, razılığa gəlmək üçün çox az fikir ayrılığının qaldığına əminliyini bildirib.

Tramp hələlik vitse-prezidenti ilə bu barədə danışmadığını deyib.

Qeyd edək ki, Tramp daha əvvəl İran rəsmiləri ilə müqavilə imzalamaq üçün Amerika nümayəndə heyətinə kimin rəhbərlik edəcəyinə qərar vermədiyini açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar