Ru
07:54 / 18 Aprel 2026

Allahdan yox, İsraildən qorxan saxtakarlar… - Sevil Nuriyeva kimləri nəzərdə tutur?

Allahdan yox, İsraildən qorxan saxtakarlar…  - Sevil Nuriyeva kimləri nəzərdə tutur?
Eye

Türkiyədə yaşayan tanınmış jurnalist Sevil Nuriyeva sosial şəbəkədə paylaşdığı sərt statusu ilə diqqət çəkib.


Bakupost.az xəbər verir ki, jurnalist bəzi şəxslərin hadisələrə münasibətini kəskin tənqid edib. O bildirib ki, vaxtilə gözündə böyütdüyü insanların əsl siması sonradan üzə çıxıb:

“Vaxt vardı, gözümdə böyütdüklərim vardı. Ortaya çıxanda “Türk belə gəldi, türklük belə getdi” nağılları danışırdılar. İsrail İrana hücum etdi deyə sevindilər”.

Sevil Nuriyeva qeyd edib ki, bu cür yanaşma insanların qorxu və saxtakarlıq içində olduğunu göstərir:

“Allahdan yox, İsraildən qorxaraq nə qədər balaca olduqlarını və saxtakar olduqlarını göstərdilər. Allaha həmd olsun”.

Jurnalist paylaşımının sonunda dua edərək belə şəxslərdən uzaq olmağın vacibliyini vurğulayıb:

“Yaradanı olan Allahdan qorxmayıb, İsraildən qorxan qorxaq, naqis, qafil və saxtakarlardan millətimi, dövlətimi, vətənimi qoru, Allahım”.

Qeyd edək ki, Sevil Nuriyeva Türkiyədə fəaliyyət göstərən “Star” qəzetində köşə yazarıdır və Rəcəb Tayyib Ərdoğan komandasına yaxın media nümayəndələrindən biri kimi tanınır.

Elnur
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar