Aprelin 17-i Fransa Prezidenti Emmanuel Makron İtaliyanın Baş naziri Corcia (Giorgia) Melonini Yelisey sarayında səmimi şəkildə qarşılayıb.
Bakupost.az xəbər verir ki, görüş Avropa liderlərinin Hörmüz boğazındakı böhranla bağlı birgə mövqelərini gücləndirmək məqsədi daşıyıb.
Görüş çərçivəsində Makronun Melonini isti qarşılaması Avropa birliyinə verilən önəmin simvolu kimi diqqət çəkib.
Bu qarşılama təkcə diplomatik protokol deyil, həm də Fransa-İtaliya münasibətlərində yeni bir səhifə açıldığına dair simvolik mesaj kimi xarakterizə olunub.
Asena,
BakuPost