Ru
10:40 / 09 Oktyabr 2026

1 gündə 60 min... – “Yol pulum yoxdur” deyib, sərvət toplayan dilənçi saxlanıldı - VİDEO

1 gündə 60 min... – “Yol pulum yoxdur” deyib, sərvət toplayan dilənçi saxlanıldı - VİDEO
Eye

Türkiyənin Bilecik şəhərində “yol pulum yoxdur” deyərək vətəndaşlardan pul istəyən kişi üç gün ərzində 60 min lirə toplayıb.

“Bakupost” xəbər verir ki, kişi küçədə insanlara iş üçün şəhərə gəldiyini, lakin geri qayıtmağa pulunun olmadığını deyərək pul istəyib. O, hətta bəzi vətəndaşlardan bank kartı vasitəsilə pul göndərmələrini də istəyib.

Üç gün ərzində pul toplayan kişi polis rəisi Özgürün diqqətini çəkib. Nəticədə o saxlanılıb və üzərindəki əşyaları çıxarması tələb olunub.

Kişi topladığı pulları bir-bir çıxararaq stulun üzərinə qoyub. Sayım zamanı onun üç gün ərzində ümumilikdə 60 min Türkiyə lirəsi (2 040 manat) topladığı məlum olub.

Hadisənin diqqətçəkən məqamlarından biri də kişinin xahişi idi. Belə ki, o, pullar müsadirə edildikdən sonra polis əməkdaşlarından ona idman kostyumu, köynək və başmaq almalarını istəyib.

Aygün, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar