10 qiyamçı yepiskop bütün ermənilərin katolikosunun taxt-tacı tərk etməsi tələbi ilə Eçmiədzin dəftərxanasına məktub təqdim ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Onlar bildiriblər ki, hazırda "missiyaları başa çatıb" və növbəti dəfə buraya millətin möhkəmlənməsi naminə birgə dua etmək üçün gələcəklər.
Daha əvvəl Ermənistan hakimiyyətinin kilsəyə qarşı kampaniyasının tərəfdarları 10 yepiskopun bütün ermənilərin katolikosunun istefası tələbi ilə Eçmiədzin kafedral kilsəsinə toplaşmaq çağırışına cavab verərək, patriarxın liturgiya keçirdiyi zaman məbədə soxulmağa cəhd ediblər.