Ru
17:03 / 27 Noyabr 2025

Bakı "dona" bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ

 Bakı "dona" bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ
Eye

Məlum olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.

Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Bu il Bakıda qış mövsümünün əvvəlki illərlə müqayisədə daha sərt keçəcəyi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, havaların kəskin soyuması və intensiv yağıntı ehtimalı varmı?

Bakupost.az xəbər verir ki, ekoloq Ənvər Əliyev Ölkə.az-a açıqlamasında bildirib ki, bu il anomal payız ayları keçdi:

"Artıq qışa sayı günlər qalıb. Vaxt olub ki, həqiqətən də belə payız ayları olub. Bizim tələbəlik dövründə sentyabrın axırından oktyabrın ortasına qədər “plyaj mövsümü” olan vaxtlar olub. Sonra həddindən artıq ağacların hətta çiçəklənməsi məsələsi də olub. Daimi olmasa da, bu cür havalara tək-tək hallarda rast gəlinib.

O vaxt həm yaşlılar deyirdi, həm də biz çoxillik rəqəmlərə baxırdıq. Qışın sərt keçəcəyi haqqında sanki bir qanunauyğunluq var idi. Biz orta məktəbdə oxuyurduq. Belə hava olanda yaşlılar deyirdilər ki, payızın belə keçməsi yaxşıdır. Çünki çoxlu yaşıl ot kütləsi əmələ gəlir, bu da heyvanlar üçün faydalıdır. Onlar bu otları çox yeyir və çəkilərini artırırlar ki, qışdan normal çıxsınlar. Amma bunun bir “işarəsi” də var idi, deyirdilər ki, qış sərt keçəcək. Qış öz sərtliyini göstərəcək. Yaşlıların dedikləri hamısı təbii qanunlara əsaslanırdı, onlar sinoptik deyildilər. İndi isə vəziyyət təkrarlanıb".

Ekoloq qeyd edib ki, indi qışın sərt keçməsini proqnozlaşdıranlar da var, ona görə də ehtiyat tədbirləri görülür:

"Bu, bir tərəfdən qışın sərt keçməsinin çoxillik qanunauyğunluqlardan bir əlamətdir. Bakı şəhəri bilirsiniz ki, nəqliyyat baxımından, insanların gediş-gəlişində, işlərində və digər məsələlərdə artıq çətin vəziyyətdədir. Bu problemlər onsuz da adi günlərdə çətindir. İndi qış bir az çətin keçsə, görün Bakıda vəziyyət necə olacaq. Şəhər “donacaq”.

Ona görə də yaxşı olar ki, lazımi qaydada tədarük görülsün. Heç kəs deyə bilməz ki, qış əla keçəcək, heç kəs də deyə bilməz ki, çox sərt keçəcək. İqlimi bir həftə, beş gün qabaqdan yalnız təxmini proqnozlaşdırırıq, aylarla əvvəl isə uzağa getmək mümkün deyil. Proqnozları, daha doğrusu ilin uzunmüddətli proqnozlarını yalnız təbii qanuna və çoxillik rəqəmlərə baxaraq vermək olar. Bu da bəzən özünü doğruldur. Ona görə də mən belə başa düşürəm ki, hər halda tədarükün görülməsi çox yaxşı haldır. Hətta adi qış keçsə belə insanların çətinliyi azalsın. Əhali onsuz da adi hallarda da çətinlik çəkir və müəyyən problemləri olur".


Şərhlər
  • Qami

    Əhmədov Ulduz,Rəbbimiz köməyinizdə dursun,şəfa versin həm də,ehh!((Adama deyərlər nədi bu tez-tez sayğac dəyişməyiniz belə??Bir də kartında artıq pul var bu sənin qaz abonent-ödəniş kodunda mənfi,yəni qirmızı (krasnı) olaraq ehtiyatındadı,get qaz idarəsinə bazanı,yəni invoysını tələb et və yeri gəlsə ordan arayış tələb et ki,hansı göstəriciyə (rəqəmə,pokazaniyay) qədər səndə borc yoxdu deyə arayış al qaz idarəsindən

  • Zaur Məmmədov

    ALLAH biləndir.hava necə olur olsun. Guya ki,göydən daş yağsa neyliyəsiyik ki,? Əlimiz göyə açıb yeyəndən ALLAH Yalvarasıyıq.

  • Əhmədov ulduz

    Ay millət noyabrın 13 də Azərigazın gocüları mənim və gonşuların kartla işləyən sayğacları oğurlug, heç bir akt yazmadan,üzərindəki galıx vəsaiti abonentə bildirmədən söküb əvəzinə mexaniki sayğac qoyublar.Gış ücün saxladığim 47O kub gaz yoxdu,polisədə verdim rəsmi gaydada onlarda baxmır.Demək mexaniki sayğac kartla işləyəndən 30—40 faiz artık yazır.kartlada birlik obonentə borclu galır mexaniki də obonent birliyə.Bunlar böyük bir vəsaiti atırlar cöpə, o boyda pula uşagpulu vermək olardı.Onkoloji xəstəyəm az gaz mənim və millətin cibinə girir .Mobil operatorlar əvvəldən pulu alır goşur pul bitdi ayırır.Sizcə az gaz nə səbəbə bu addıma gedir?kartla işləyən mexanikidən dəfələrlə bahadı, özüdə xarici istehsaldı dəgigə yazır mexanikini özləri istehsal edir.Yanacag doldurmada ona bir iki kəsirlər bunlarda ona üc dört kəsirlər.Bu işə prezident ancam çəkə bilər.Bu milləti soymaqdır.

  • .Nizami Aliev

    Гоjден Рузи jaгыр .Гелен ил ,Иншаллаh, jегин Азербайджанда боллуг олачаг. Чаjларда бол су , багларда беhер чох олчаг.

  • Hüseyn Abbaslı

    Salyan ĥaçan yağacaq

  • Sahib

    Bu bircə hacıbalanın analoqu olmayan inkişafa oxşamasın....

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar