Ru
22:36 / 02 Mart 2026

İranın PUA daşıyan gəmisi batırıldı

İranın PUA daşıyan gəmisi batırıldı
Eye

İranın pilotsuz uçuş aparatları daşıya bilən “Şəhid Bağeri” hərbi gəmisinin batırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları ABŞ ordusuna istinadla məlumat yayıb.

Hərbi gəminin batırılması xəbəri İran tərəfindən rəsmi olaraq hələ ki təsdiqlənməyib.

Qeyd edək ki, “Şəhid Bağeri” hərbi gəmisi 2025-ci ildə təqdim olunub. Bu gəmi mülki gəmi bazasında yığılıb və daha əvvəllər ticarət konteyner gəmisi olub. Sonradan hərbi məqsədlər üçün yenidən qurulub. Onun əsas özəlliyi çoxsaylı PUA-ları daşımaq və eyni zamanda kəşfiyyat xarakterli dronların idarə olunması üçün avadanlıqla təchiz edilməsidir. Əlavə yanacaq tələb etmədən uzun məsafələr qət edə bilən gəmi ABŞ-İran gərginliyi fonunda bölgəyə göndərilmişdi .

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar