Ru
23:40 / 16 Noyabr 2026

Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər

Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər
Eye

Ermənistan Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları korrupsiya ittihamı ilə saxlanılıblar.


"Bakupost" xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi bir qrup vəzifəli şəxsin külli miqdarda - 20 milyon dram (təxminən 95 120 manat) rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlıdır.

"Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin və Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra şəxslər saxlanılıblar", - deyə komitənin məlumatında bildirilib.

Cinayət işi ilə bağlı digər təfərrüat hələlik açıqlanmayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar