İran ordusu Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQ-1 PUA-sını vurub.
"Bakupost" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
PUA-nın vurulması ilə bağlı detallı məlumat verilməyib. ABŞ tərəfi isə hər hansı açıqlama yaymayıb.
Qeyd edək ki, ötən həftə də SEPAH Qeşm adası üzərində ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatını (PUA) müasir hava hücumundan müdafiə sistemi ilə vurub.