Ru
22:14 / 16 Noyabr 2026

Azarovun müşavirinin maşınını partladan saxlanıldı

Azarovun müşavirinin maşınını partladan saxlanıldı
Eye

Moskvada Ukraynanın sabiq baş naziri Nikolay Azarovun keçmiş müşaviri Sergey Zavorotnının avtomobilini partladan qadın saxlanılıb.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və İstintaq Komitəsi məlumat yayıb.

FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, saxlanılan qadın 2026-cı ilin iyul ayından etibarən özünü Rusiya Mərkəzi Bankının əməkdaşı kimi təqdim edən dələduzların psixoloji təsiri altında olub. O, dələduzların göstərişi ilə böyük məbləğdə pulu guya təhlükəsiz hesablara köçürüb. Daha sonra isə xüsusilə ağır cinayətin törədilməsinə cəlb edilib.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, saxlanılan şəxs 2005-ci il təvəllüdlü Moskva sakinidir.

Onun sözlərinə görə, şübhəli şəxs ictimai xadim Sergey Zavorotnının avtomobilinin alt hissəsinə partlayıcı qurğu yerləşdirib.

Hazırda saxlanılan şəxslə istintaq hərəkətləri aparılır. Hadisənin bütün detalları və digər mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.

Qeyd edək ki, keçən həftə Moskvada Kirovoqrad küçəsində avtomobilin partlaması nəticəsində Sergey Zavorotnı yaralanıb. O, şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə ilə bağlı Moskva İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi açıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar