Ru
20:48 / 16 Noyabr 2026

Zelenski yeni əməliyyatları təsdiqlədi: Ukrayna hansı hədəfləri seçib?

Zelenski yeni əməliyyatları təsdiqlədi: Ukrayna hansı hədəfləri seçib?
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski “Ramştayn” formatında keçiriləcək Müdafiə Əlaqə Qrupunun növbəti iclası öncəsi ölkəsinin əsas hərbi ehtiyaclarını açıqlayıb.


"Bakupost" xəbər verir ki, Zelenskinin sözlərinə görə, müdafiə naziri Yevgeni Xmara görüşdə Ukraynanın ehtiyaclarını və əməkdaşlığın əsas prioritetlərini təqdim edəcək.

Prezident bildirib ki, əsas diqqət hava hücumundan müdafiə sistemləri üçün ələkeçirici raketlərin təmin edilməsinə və Ukrayna hərbi aviasiyasının sursatla təchizatına yönələcək.

O, həmçinin müdafiə qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsalının artırılması imkanlarının olduğunu və bunun üçün əlavə maliyyələşmənin müzakirə ediləcəyini qeyd edib. Zelenski tərəfdaşlarla birgə silah istehsalına da yeni təkan verilməsinin vacibliyini vurğulayıb.

Ukrayna lideri müdafiə nazirinin uzaqmənzilli zərbələr planının icrası barədə də məruzə etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələri nəzərdə tutulan hədəflərə çatır və yeni əməliyyatları təsdiqləyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar