ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu Amerikadakı fəaliyyəti və qazancı barədə danışıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, uzun illərdir ailəsi ilə birlikdə Amerikaya köçən sənətçi bu barədə aparıcı Fərid Rəsula açıqlamasında deyib.
O, ABŞ-də toy və ad günlərinə dəvət aldığını, bunun üçün müxtəlif ştatlara getdiyini bildirib. E.Məmmədoğlu Nyu-Yorkda isə restoranında çalışdığını söyləyib:
“Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu-Yorkda isə restoranımda işimi görürəm”.