Ru
18:04 / 16 Noyabr 2026

"93 faiz deyil, tam qələbə": Trampın Tehrana qarşı taktiki gedişi baş tutacaqmı?

"93 faiz deyil, tam qələbə": Trampın Tehrana qarşı taktiki gedişi baş tutacaqmı?
Eye

İranla müharibə hərbi baxımdan faktiki olaraq başa çatıb.

“Bakupost” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz İrana qalib gəldik. Hazırda əsas məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizl deyil, tam qələbə...”, - Tramp qeyd edib.

Bu bəyanat Trampın İranla müharibədən artıq vaz keçdiyinə işarə sayıla bilərmi?

Konfliktoloq Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, Tramp impulsiv və alarmist siyasətçidir:

“Ona kənardan güclü təsirlər var. Bir tərəfdən, İsrail təsir edərək, onu müharibəyə sürüklədi. Ara-sıra Netanyahu ilə Tramp arasında fikir ayrılıqlarına da rast gəlirik. Yəni Tramp yenidən İsrail tərəfindən müharibəyə sürüklənir. Digər tərəfdən də, daxildə demokratlar tərəfindən qınağa tuş gəlir. Çünki müharibə nəticəsində ABŞ-nin özü müəyyən iqtisadi problemlərlə üzləşib. Son olaraq respublikaçı Konqres üzvü tərəfindən Pentaqon rəhbərinin impiçmenti məsələsinin qaldırılması və demokratların son pressinqləri Trampı İrana növbəti hücum məsələsində tərəddüd etməyə məcbur edib”.

Bununla yanaşı, həmsöhbətimiz Trampın bu sözlərinə inanmadığını da qeyd etdi:

“İran ambissiyalarından əl çəkməyib. Tehran nüvə, proksi qüvvələri vəqitələrarası raketlər məsələsində israrlı olaraq qalır. Bunlar onu göstərir ki, İran məsləsində Tramp məqsədinə nail olmayıb. Ona görə bu kimi fiikrlər səsləndirməklə ABŞ Prezidenti sadəcə blef yaradır, publikaya hesablanmış addımlar atır”.

Konfliktoloqa görə, ola billsin Trampın dedikləri İranı arxayınlaşdırmaq üçün taktiki gedişdir:

“İran da bunun fərqindədir. Trampın hər iki palatada yeni seçilən heyət fəaliyyətə başlayana qədər İranla bağlı addımlar atmaq imkanı var. Bütün hallarda problemin sahədə həll olunması ehtimalı daha böyükdür. Diplomatik müstəvidə Tramp İranı hansısa kapitulyasiyaya məcbur edə bilməyəcəyinin fərqindədir. ABŞ, İsrail və İranın özü hazırda suqsvanq vəziyyətdədir, geriyə yolları yoxdur”.

Bu əsasda Ü. Şəfiyev İrana növbəti hücumun qaçılmaz olduğu qənaətindədir:

“İrana hücum olmasa, belə çıxır ki, Tehranın nüvə silahı əldə etməsində ABŞ-nin marağı var. Ona görə də müharibənin növbəti dalğası gözləniləndir və bu eskalasiya daha dərin bir eskalasiya olacaq, coğrafi baxımdan da daha böyük arealı əhatə edəcək. Hətta region ölkələri belə İranın bu vəziyyətdə qoyub gedilməsini Vaşinqtonla Təl-Əvivə bağışlamazlar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar