Ru
17:02 / 16 Noyabr 2026

“Android” istifadəçilərinin fotolarına görə “Meta” cəzalandırıldı

“Android” istifadəçilərinin fotolarına görə “Meta” cəzalandırıldı
Eye

İtaliyada “Meta” şirkəti “Android” istifadəçilərinin telefon qalereyasındakı şəkillərə icazəsiz daxil olmaqda ittiham edilərək 805 milyon avro cərimələnib.

“Bakupost” xəbər verir ki, şirkətin “Facebook” platforması vasitəsilə təqdim etdiyi funksiyalardan biri ciddi məxfilik pozuntusu kimi qiymətləndirilib. İddialara görə, bu funksiya istifadəçilərin telefonlarında saxlanılan fotolara onların icazəsi olmadan giriş əldə edib.

Hadisə şəxsi məlumatların qorunması və texnologiya şirkətlərinin istifadəçi məxfiliyinə münasibəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İtaliyada tətbiq edilən cərimə “Meta”nın istifadəçi məlumatlarının təhlükəsizliyi ilə bağlı məsuliyyətini də diqqət mərkəzinə çəkib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar