Ru
20:25 / 16 Noyabr 2026

Həbib Nurməhəmmədov onu həbsdən azad etdirdi

Həbib Nurməhəmmədov onu həbsdən azad etdirdi
Eye

UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə apardığı danışıqlardan sonra əmisi oğlu Usman Nurməhəmmədovun həbsdən azad edilməsinə nail olub.


“Bakupost” xəbər verir ki, bu barədə “Mash na sporte” məlumat yayıb.

Bildirilib ki, Həbib əvvəlcə UFC prezidenti Dana Uayta müraciət etsə də, sonuncu BƏƏ qanunvericiliyini əsas gətirərək kömək etməkdən imtina edib. Bundan sonra Həbib birbaşa Əmirliklərin rəsmiləri ilə əlaqə saxlayıb. Danışıqlar nəticəsində saxlanılan şəxslərin mərhələli şəkildə azad olunmasına dair razılıq əldə edilib.

Məlumata görə, Usman Nurməhəmmədov artıq həbsdən buraxılıb. Eyni zamanda, insident iştirakçılarının hadisə barədə ictimai açıqlama verməyəcəyinə dair təminat alınıb.

Xatırladaq ki, noyabrın 13-də Usman Nurməhəmmədov Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili ilə yaşanan dava səbəbindən 6 ay müddətinə həbs edilmişdi. Hadisə ilə əlaqədar daha 7 nəfər saxlanılmış, iştirakçılara yüksək məbləğdə cərimələr tətbiq olunmuşdu. Dvalişvili isə elə həmin gün sərbəst buraxılmışdı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar