Ru
22:05 / 16 Noyabr 2026

Azərbaycanda daha bir həkim vəfat etdi

Azərbaycanda daha bir həkim vəfat etdi
Eye

Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib.

"Bakupost" Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura təhsili alıb.

2002-2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.

Məlumata görə, Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar