İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni bir zərbə dalğasına başlayıb və müxtəlif təhlükəsizlik qurumlarının onlarla qərargahını hədəf alıb.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Bildirilir ki, İranın daxili təhlükəsizlik xidmətlərinin qərargahlarına, bazalarına və regional komandanlıq mərkəzlərinə zərbələr endirilib.
Belə ki, İran Kəşfiyyat Nazirliyinin 10-dan çox qərargahı və Qüds Qüvvələrinin (İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı bölməsi) çoxsaylı qərargahı da hücuma məruz qalıb.