Ru
01:45 / 23 Noyabr 2026

Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başladı - VİDEO

Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başladı - VİDEO
Eye

Bakının Yasamal rayonu ərazisində yerləşən gölün getdikcə quruduğu iddia edilir.


"Bakupost" "Xəzər" TV-yə istinadən xəbər verir ki, iddialara görə, ətrafında yaşayış binaları yerləşən göl bir neçə il əvvələ kimi geniş ərazini əhatə edib, ancaq sonradan qurumağa başlayıb.

Ətrafdakı şəxslərin sözlərinə görə, bu gölə xüsusi nəzarət olunur və heç bir tullantı suları axıdılmır. Quruma da illər əvvələ aiddir.

Vətəndaşlar isə ümumi olaraq su hövzələrinin, göllərin qurumasını müsbət qarşılamırlar. Onlar hətta abadlaşdırılma işlərinin aparılmasını daha məqsədəuyğun hesab edirlər.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar