Ru
22:21 / 22 Noyabr 2026

Sumqayıtın 77-ci ildönümü atəşfəşanlıqla qeyd olundu - FOTO

Sumqayıtın 77-ci ildönümü  atəşfəşanlıqla qeyd olundu - FOTO
Eye

Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə Nəsimi adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.

"Bakupost" xəbər verir ki, möhtəşəm atəşfəşanlıq Göyərçin abidəsinin yaxınlığında baş tutub. Rəngarəng görüntüləri izləmək üçün yüzlərlə şəhər sakini parkda toplaşıb. Atəşfəşanlıq gecə səmasını bəzəyərək yubiley sevincini yaşayan sumqayıtlılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt 77 il ərzində böyük inkişaf yolu keçib. Bu gün şəhər özünəməxsus gözəlliyi, müasir görünüşü və dinamik inkişafı ilə seçilir.

Doğma şəhərin yubileyini bayram əhval-ruhiyyəsində qeyd edən sakinlər üçün atəşfəşanlıq əlamətdar günə xüsusi rəng qatıb.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar