Ru
01:20 / 23 Noyabr 2026

İcra başçısından bazarda yaşlı satıcılara "sən" xitabı: "Siz" hara yoxa çıxdı? - VİDEO

Eye

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə gündəm olub.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, icra başçısı bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiyməti, satış vəziyyəti və gündəlik ticarətlə maraqlanıb.

O, satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib.

Videoda icra başçısının sakinlərlə söhbət zamanı azı iki nəfər yaşlı vətəndaşa "sən" deyə müraciət etdiyi görünür. Azərbaycanda yaşlı insanlara və özündən böyüklərə "siz" deyə xitab etmək hörmət ifadəsidir. Səmimi söhbətdə də bu müraciət formasını qorumaq mümkündür.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar