Ru
23:22 / 02 Mart 2026

Qətər İrandan gələn iki Su-24 qırıcı təyyarəsini vurdu

Qətər İrandan gələn iki Su-24 qırıcı təyyarəsini vurdu
Eye

Qətər İrandan gələn iki Su-24 qırıcı təyyarəsini, 7 ballistik raketi və 5 dronu vurub.

Bakupost.az xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirli məlumat yayıb.

"Yüksək səviyyəli hazırlıq və müvafiq orqanlar arasında birgə koordinasiya sayəsində Qətərin Hərbi Hava Qüvvələri İran İslam Respublikası istiqamətindən gələn iki Su-24 təyyarəni uğurla vurub. Bundan əlavə, bu gün ölkənin müxtəlif bölgələrini hədəf alan yeddi ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla ələ keçirilib. Hərbi Dəniz Qüvvələri tərəfindən isə beş pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib", - nazirliyin açıqlamasında deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar