Ru
18:14 / 12 Dekabr 2025

Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər

Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər
Eye

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur.

Bakupost.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda belə bir praktika mövcud deyil.

Ekspertin sözlərinə görə, sosial müavinət alan şəxslərə dövlət tərəfindən yalnız aylıq ödənişlər verilir və bu mexanizmin bayram günləri üçün ayrıca formada genişləndirilməsi planlaşdırılmır.

“Bəzi şirkətlər tərəfindən xeyriyyə aksiyalarının keçirilməsi mümkündür. Adətən Yeni il ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və sosial yardıma ehtiyacı olan digər insanlara könüllü şəkildə dəstək göstərilir. Lakin dövlət tərəfindən əlavə birdəfəlik ödənişlərin ayrılması hələlik nəzərdə tutulmayıb,” – deyə Natiq Cəfərli qeyd edib

Şərhlər
  • Raqif Əliyev

    Veteranam fəhləçilik edirəm indi yoxdu iş kirayədə yaşayıram körpə uşaqım xəstədi. Hanı sizin dəstəyiniz hə yalan yerə camaatı narahat etməyin şərəfsizdər.

  • Nərminə

    Mənim oğlum veterandı işləmir hansı idarə təşkilata müraciyət edirik iş yoxdur deyirlər xahiş edirəm bizimdə yardıma ehtiyacımız var bayrama görə verilsə yaxşı olar

  • İbrahimli Abdullah

    Allah hamınızın yardımçınız olsun,Allah Ər Rəzzaq olandı,Ondan istəyin ürəkdən,O qulunu əliboş geri qaytarmağa həya edər.Dövlətdəndə haqqınız olanı istəyin.İslam ümmətinin xəlifəsi hz.Ömər radiallahu anha bir dul qadınin halından gec xəbər tutmuşdu deyə,Allahdan qorxduğu üçün mahcubiyyətindən həmin qadınin ehtiyacı olan qidanı öz çiynində daşıyır.Əslində dövlət başcısı bir insandır,sizdən xəbəri olmuya bilər ən yaxşı halda,siz müəyyən qurumlara müraciət edin,İcra hakimiyyəti,sosial nazirlik və sair.Zəfər Allahdan.Bismilləh deyib çıxın evdən.Əlimdən gələn köməklik sizə məsləhət vermək,Allahı xatırlatmaq idi.

  • Zaur

    Salam,burda yazmağın heç bir faydası yoxdur,bu yazıların heç fərqinə baxanda yoxdur.Yaxşısı ya onlayın məktub yazmaq,ın yaxşısı isə bir başa qəbula getmək lazımdır. İçi mən qarışıq yazıq olmuşuq..

  • Veliyeva Terane

    Menim 4usagim var yoldasim rehmete gedib hec yerde islemirem seker ve teziq xestesiyem oglum 1 aya esger gedir gelir yerim atalarini itirdiylerine gore verilen pensiyadi 1 oglum afisant isdiyir birdefelik yardim komek olunsa sevinerdim tesekkur

  • Meherremova mehbube

    17 İLDİ Kore'de 2 usaq boyudurem bir qarni aç bir qarni tox özümde qan xesdesiyem gelen il oğlum ESGER gedecek bir nefer maraqlanmir DOVLET olaraq ki bu uşağı nece boyutmusen am aesger vaxdi catanda sorgu sualsiz çağrıb aparillar .BİR QİZİM 15 YASİNDA ,BİR OGLUM VAR SOSİALA GEDİREM VERMLER ADİNA SENED GETİR EV İW İWLEME QUVEM OLSAYDİ SOSİALİ NEYNİRDİM Kİ İNSAALLAH Kİ VİJDANA GELERSUZ

  • Dadaşova Gülnarə

    Oğlum 2 ci qrup əlildir..tek Anayam, ona qulluğ edirəm deyə işləyə bilmirəm heç yerdə..10 ildi kirayede qalıram..bir tək Anam komek edir.. bizə dövlət tərəfdən yardım olunsa kaski evsizlik daha çətindir..Komek olunsa ömür boyu minnətdar olarıq.

  • Mahur haciyeva

    Ev isterem 1 ci qurup elilem amma kirayede qaliram ata anam yoxdu 1 otaq olsa çox yaxsi olar xaiş edirem PREZDENTIMDEN KOMEKLIK EDIN

  • Elsəvər

    2ci qrup əliləm yoldaşımda xəstədi həm şəkər həm təyziq xəstəsi imkanım yoxdu bayram yardımı olsa köməklik olar

  • Nağıyeva Günel

    Kirayədə qalıram 2 uşaqla təkcə yoldaşım isləyir çatdıra bilmirik bizədə yardım göstərin zəhmət olmasa

  • sevinc

    yardimsever insanlardan xahim mənədə köməklik olsaydi sevinerem Allah yardim sever insanlari qorusun

  • Allrzayeva etirnaz namaz qlzl.

    Qazaxdanam.yoldawlm veterandlr.hec yerden gelirimiz yoxdur.ozum insult kecirmiwem.dolanlwlmlz 0 dlr.xahiw edirem bizede bayram qabagl yardlm edin.evvelceden tewekkurler.

  • Uzeyir

    Sosial yardımı yığışdırıb onnansa hərkəsə uşaqpulu verilməlidir, mən vətəndaş mövqiyimdən çıxış edirəm, Azərbaycan uşaqlarına uşapulu verolməlidir, digər bütün döblətlərdə uşaqpulu verilir, hətta düşmən qonşumuz ermənistanda belə! Məyər biz ermənistandada zəif dövlətik!?

  • Aynure Rustemova

    Salam.mende iki azyaşli körpeliyem.Baxilmasi madiyyat teleb eden.Kömeklik olunsa sevineriq.

  • M.z

    Başlığı niyə elə yazırsız, çox şərəfsiz saytlar vare, möhtac olun o yardımlara

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar