Ru
14:08 / 13 Oktyabr 2026

11-ci mərtəbədən atladı, gənc qızın üstünə düşdü: Qız öldü, özü sağ qaldı

11-ci mərtəbədən atladı, gənc qızın üstünə düşdü:  Qız öldü, özü sağ qaldı
Eye

Yaponiyanın Naqoya şəhərində 12 mərtəbəli binanın 11-ci mərtəbəsindən atlanan 29 yaşlı kişi səki ilə yürüyən 23 yaşlı Houra Inabanın üzərinə düşüb.

“Bakupost” xəbər verir ki, ağır xəsarətlər alan gənc qız xəstəxanada dünyasını dəyişib. İntihar etmək istəyən şəxs isə ağır yaralansa da, müalicədən sonra hayatda qalıb.

Həbs edilən şübhəlinin “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə mühakimə olunur. Həlak olan qızın atası Kenji Inaba isə iddia edir ki, şübhəli aşağıda insanların olduğunu bilə-bilə atlanıb. Buna görə də "qəsdən adam öldürmə" maddəsi ilə mühakimə olunmalıdır. Ata bununla bağlı etiraz kampaniyası başladıb və artıq ona 45 mindən çox insan dəstək verib.

Bilal,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar