Ru
15:37 / 12 Oktyabr 2019

14 yaşlı şahmatçımız dünya çempionu oldu

2955

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi azərbaycanlı olub.

BakuPost xəbər verir ki, Həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.

O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər