Uşaqlarda bir çox irsi xəstəliklərin na vaxt başlayacağı dəqiq məlum olmaya bilər.
Bakupost.az xəbər verir ki, bu nevroloji xəstəliklərdən biri də İrsi Spastik Paraplegiya bəzən uşaqlıq yaşlarında, irəli yaşlarda görülür. Bu zaman sağlam, hətta 15 yaşa kimi digər normal uşaqlar kimi gəzən, hərəkət edən, məktəbə gedən bir uşağın ayaqları gücdən düşə bilər.
Eynilə süjetimizin qəhramanı 20 yaşlı Rahimə Aliyeva kimi. 16 yaşına kimi tam sağlam həyat sürsə də, bir gün heç kimin gözləmədiyi diaqnozla üz-üzə qalır. İrsi Spastik Paraplegiya nadir bir nevroloji xəstəlikdir va ağır əlilliyə səbəb olur. Lakin Rəhimənin xəstəliklə mübarizəsi onun əlil olmasının qarşısını aldı.