Ru
10:18 / 26 Avqust 2026

80 yaşlı əfsanə vəfat etdi: Bayraqlar endirildi

80 yaşlı əfsanə vəfat etdi: Bayraqlar endirildi
Eye

Amerikalı məşhur müğənni, bəstəkar və aktrisa Dolli Parton 80 yaşında dünyasını dəyişib.

"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində vəfat edib.

Ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Dolli Parton 1960-cı illərdən başlayan sənət fəaliyyətində dünya şöhrəti qazanıb. O, “Jolene”, “I Will Always Love You” və “9 to 5” kimi məşhur mahnıları ilə milyonlarla pərəstişkarının sevgisini qazanıb.

Sənətçi musiqi ilə yanaşı, aktrisa kimi də uğur qazanıb. O, “9 to 5” və “Steel Magnolias” kimi filmlərdə rol alıb. Parton həmçinin xeyriyyə fəaliyyəti ilə tanınıb və uşaqların savadlanmasına yönəlmiş “Imagination Library” layihəsini yaradıb.

Dolli Parton 100 milyondan çox albom satıb və 11 “Qremmi” mükafatına layiq görülüb.

“Amerika Birləşmiş Ştatlarında bayraqları bir həftəlik yarıya endirirəm. Rahat yat, Dolli”, – Tramp bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar