Ru
20:54 / 03 Noyabr 2026

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Xoş xəbər odur ki, Azərbaycanla... -  Paşinyan
Eye

Azərbaycanla sülh artıq reallığa çevrilib, lakin indi bunun qanunla təsbit edilməsi lazımdır.


"Bakupost" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən AB-nin genişlənmə sammitində "Avronyus"a verdiyi müsahibədə deyib.

O, davamlı sülh razılaşmasının həm regional sabitlik, həm də Ermənistanın Avropa perspektivləri üçün vacib olduğunu bildirib.

Paşinyan bu prosesdə ABŞ Prezidenti Donald Trampın dəstəyini və təşəbbüsünü qeyd edib.

"Xoş xəbər odur ki, biz Azərbaycanla sülh bərqərar etmişik. Bu, ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub", - baş nazir vurğulayıb.

Onun sözlərinə görə, bu, sadəcə niyyət bəyannaməsi deyil, çünki razılaşmalar artıq vəziyyətin real dəyişikliyinə gətirib çıxarıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar