Ru
20:36 / 03 Noyabr 2026

Zelenski Putinlə telefon danışığını rədd etdi

Zelenski Putinlə telefon danışığını rədd etdi
Eye

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə telefonla müzakirə aparmağa qarşı olduğunu bildirib.


"Bakupost" xəbər verir ki, V.Zelenski bu barədə Almaniya kansleri Fridrix Merzlə görüşdən sonra mətbuat konfransında deyib.

"Telefonla danışsaq, Rusiya bundan üzbəüz görüşdən yayınmaq üçün bir fürsət kimi istifadə edəcək”, - deyə Zelenski bildirib.

O, telefon söhbətlərinin nəticə verməyəcəyini əlavə edib.

Bundan başqa, dövlət başçısı müzakirələr üçün Moskvaya səfər etmək təklifini də rədd edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar