Ru
20:07 / 03 Noyabr 2026

Azərbaycanda bu iki bankın rəhbərliyi dəyişdi

Azərbaycanda bu iki bankın rəhbərliyi dəyişdi
Eye

"Bank Respublika" və "AccessBank"ın İdarə heyətlərinin rəhbərliyində dəyişiklik olub.


"Bakupost" APA-ya istinadən xəbər verir ki, səhmdarların qərarı ilə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb. Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.

“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.

Qeyd edək ki, “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınması üzrə sövdələşmə tamamlanıb. Əqdin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edirlər. Bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, sonradan isə müvafiq tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar