Əməkdar artist Dilarə Əliyeva televiziya proqramında kövrək anlar yaşayıb.
"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, aktrisa "İncə səhər" verilişinin qonağı olarkən uşaqlıq illərini xatırlayıb.
Keçmişindən danışan sənətçi duyğularına hakim ola bilməyərək canlı efirdə hönkür-hönkür ağlayıb.
Dilarə Əliyevanın bu anları həm studiyada, həm də ekran qarşısında olanların diqqətini çəkib.