ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun xahişi ilə ilin sonundan etibarən bu ölkəyə hər il 4 milyard dollar həcmində yardımın dayandırılacağını bildirib.
“Bakupost” xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, İsrail tərəfi bu vəsaitə ehtiyac duyduğunu bildirsəydi, ABŞ maliyyələşməni davam etdirərdi:
“Lakin Netanyahunun özü məsələni gündəmə gətirərək İsrailin bu yardımı almamasının daha doğru olacağını deyib”.
Tramp söhbətin həm maddi, həm də maliyyə yardımından getdiyini vurğulayıb.
Qeyd edək ki, iyun ayında Vaşinqtonun İsrailə uzunmüddətli dəstəyinin yaxın gələcəkdə azala biləcəyi barədə məlumat yayılmışdı. İki ölkə arasındakı münasibətləri araşdıran ekspertlər İsrailin ABŞ-dən hərbi və simvolik dəstəyə, eləcə də bu ölkədəki xeyriyyə təşkilatları üçün vergi güzəştlərinə əvvəlki kimi arxalana bilməyəcəyini bildirirdilər.