Ru
17:34 / 03 Noyabr 2026

Android “iPhone”u geridə qoyur: Azərbaycanda telefon bazarının 82 faizi onun əlindədir

Android “iPhone”u geridə qoyur: Azərbaycanda telefon bazarının 82 faizi onun əlindədir
Eye

Azərbaycanda mobil cihazlar bazarında “Android” əməliyyat sisteminin payı artıb. 2026-cı ilin oktyabrında “Android”in bazar payı 82,39 faiz təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,06 faiz çoxdur.

İqtisadçı Xalid Kərimli “Bakpost”a bildirib ki, “Android”in bazarda daha geniş yayılmasının əsas səbəbi bu sistemin müxtəlif qiymət kateqoriyalarında olan telefonlarda istifadə edilməsidir. Onun sözlərinə görə, iOS yalnız “iPhone” telefonlarında mövcuddur və bu cihazlar nisbətən bahalı seqmentə aiddir. “Android” isə 300 manatlıq Çin istehsalı telefonlardan tutmuş, daha bahalı modellərə qədər geniş çeşiddə təqdim olunur.

İqtisadçı qeyd edib ki, telefon artıq lüks əşya deyil, gündəlik tələbat məhsuluna çevrilib. Bu gün demək olar ki, hər kəsin telefona ehtiyacı var, lakin hər kəs “iPhone” almaq imkanına malik deyil. İnsanlar seçim edərkən öz büdcələrinə uyğun telefon alır, qiymətlə yanaşı, keyfiyyətə, sürətə və texniki göstəricilərə də diqqət yetirirlər.

Xalid Kərimli hesab edir ki, “Android”in bazar payının artması “iPhone”a tələbatın azaldığını göstərmir. Onun fikrincə, “iPhone” özünün nisbətən bahalı seqmentinə, “Android” isə bazarın bütün qiymət kateqoriyalarına yönəlib. Bundan başqa, “Android”dən çoxsaylı telefon markalarının istifadə etməsi bu sistemin bazarda daha geniş pay əldə etməsinə imkan verir. Buna görə də əməliyyat sistemlərinin bazar paylarını müqayisə edərkən onların əhatə etdiyi qiymət seqmentlərini və istifadə olunduqları cihazların sayını nəzərə almaq lazımdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar