Ru
21:04 / 03 Noyabr 2026

Rusiyada ağır qəza: iki azərbaycanlı həlak oldu

Rusiyada ağır qəza: iki azərbaycanlı həlak oldu
Eye

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

"Bakupost"un Oxu.az-a istinadən məlumatına görə, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, "Ford Fokus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar