ABŞ-nin vitse-prezidenti C.D. Vens, İranla müharibəni Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlub olmasının səbəblərindən biri kimi göstərib.
“Bakupost” xəbər verir ki, onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da dünən axşam oxşar bəyanat verib.
“Lakin hamı niyə uduzduğumuzu bilir. Bundan sonra nə etməli olduğumuzla bağlı hər hansı səmimi müzakirə də məhz bununla başlamalıdır. Ölkəmizlə bağlı ümidliyəm”, - deyə Vens özünün “X” hesabında yazıb. O, digər amillər sırasında artan inflyasiyanı və İsraillə münasibətləri də qeyd edib.