Alimlər Qalapaqos adaları yaxınlığında, təxminən 1700 metr dərinlikdə əvvəllər məlum olmayan, qolf topu böyüklüyündə mavi rəngli bir səkkizayaqlı ilbiz (osminoq) növü kəşf ediblər.
Bakupost.az xəbər verir ki, "Kosmik məxluqa" bənzədilən bu canlı, dərin dəniz ekosisteminin hələ də böyük ölçüdə kəşf edilməmiş olduğunu bir daha sübut edib.
“Scientific American" jurnalının məlumatına görə, kəşf Sakit okeanda həyata keçirilən 10 günlük elmi ekspedisiya zamanı baş tutub.
İncələmələr nəticəsində bu canlının qol quruluşundakı sormacların sayı, hamar dəri toxuması, dimdik quruluşu və daxili orqanlardakı rənglənmə kimi xüsusiyyətlərin mövcud növlərlə uyğun gəlmədiyi müəyyən edilib.
Ona "Microeledone galapagensis" adı verilib.
Məlumat üçün bilidrək ki, Ekvador sahillərində yerləşən Qalapaqos adaları, Çarlz Darvinin 1830-cu illərdəki məşhur "Beagle" səyahəti zamanı tədqiq etdiyi növlərlə elm tarixində mühüm yer tutur.
Gülsüm Baxşəliyeva, BakuPost