Ru
23:37 / 14 Fevral 2026

2-ci Qareginin ölkədən çıxışına qadağa qoyuldu - Paşinyandan şok addım

2-ci Qareginin ölkədən çıxışına qadağa qoyuldu - Paşinyandan şok addım
Eye

Ermənistanda hakimiyyətlə Apostol Kilsəsi arasında qarşıdurma açıq mərhələyə keçib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi başlanıb və ona ölkədən çıxış qadağası qoyulub.

Məlumata görə, ittiham məhkəmə qərarının icrasına mane olmaqla bağlıdır və Arman Saroyanın işi ilə əlaqələndirilir. Daha əvvəl eyni iş üzrə 6 yüksək rütbəli ruhani də ittiham olunmuş və onların da ölkədən çıxışına məhdudiyyət tətbiq edilmişdi.

Katolikosun vəkili Ara Zohrabyan bunun Avstriyada keçirilməsi planlaşdırılan yepiskoplar toplantısının qarşısını almaq məqsədi daşıdığını bildirib və qərarı “tarixi rüsvayçılıq” adlandırıb. Onun sözlərinə görə, bu addım dövlətin kilsənin daxili işlərinə birbaşa müdaxiləsidir.

Qeyd olunur ki, cinayət təqibi Nikol Paşinyanın ruhaniləri katolikosluğu Ermənistan hüdudlarından çıxarmağa cəhd etməkdə ittiham etməsindən cəmi bir gün sonra başlayıb. Baş nazir belə cəhdlərə imkan verməyəcəyini bəyan etmişdi.

Eçmiədzin isə baş verənləri “ümummilli faciə” kimi qiymətləndirərək, hakimiyyətin bu addımının həm hüquqi, həm də mənəvi nəticələrinin olacağını açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar