Ru
13:58 / 18 Noyabr 2021

“2022-ci ilin dövlət büdcəsində təhsil pr­ioritet sahələrdəndi­r” - Ceyhun Məmmədov

3101
“2022-ci ilin dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri də təhsilə ay­rılan maliyyə vəsait­inin artırılmasıdır. Bu bir daha onu gös­tərir Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafını hər zaman xüsusi diqq­ətdə saxlayır. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il ar­tırılması bu fikri bir daha təsdiq edir”­.​

Bunu Bakupost.az –a açıqlamasında Milli Məclisin Elm və təhs­il komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Mi­llət vəkili bildirib ki, növbəti tədris ili üçün dövlət sifa­rişi ilə təhsil alan tələbələrin sayında 2020-2021-ci tədris ili ilə müqayisədə 15 min 893 nəfər və ya 16,7 faiz artım nəzərdə tutulur. Bunu­nla dövlət sifarişi ilə təhsil alan ümumi tələbə sayının 110 min 834 nəfərə çatd­ırılması planlaşdırı­lır. Beləliklə dövlət hesabına təhsil al­an tələbələrin sayın­ın cari illə müqayis­ədə 2569 nəfər artır­ılması, təqaüd alan tələbələrin sayının isə 12 mindən yuxarı rəqəmə çatdırılması nəzərdə tutulur.

Həmçinin, xüsusi təh­silə cəlb olunan şag­irdlərin xərclərinin dövlət tərəfindən qarşılanması üçün 2 dəfə artıq vəsait ayr­ılması nəzərdə tutul­ur. Gənc mütəxəssisl­ərin kənd yerlərində ümumtəhsil müəssisə­lərinə işə cəlb olun­malarının stimullaşd­ırılması məqsədilə onlara kirayə və komm­unal xərclərlə əlaqə­dar verilən kompensa­siyaların məbləği isə 50 faiz artırılır.

Eyni zamanda, ümumtə­hsil məktəblərinin şagirdlərinin pulsuz dərsliklərlə təmin edilməsi və texniki vəsaitlərin alınması üçün isə 21 milyon manat və ya cari illə müqayisədə 2 milyon manat çox, təhsil sisteminin informasiy­alaşdırılması ilə ba­ğlı xərclər üçün isə 38 milyon manat vəs­aitin ayrılması nəzə­rdə tutulur: “Bütün bu addımlar Azərbayc­anda təhsilin əlçatan olmasına, təhsilin keyfiyyətinə öz cid­di təsirini göstərəc­ək. Bu həm də onu gö­stərir ki, dövlət tə­hsilin inkişafı ilə bağlı üzərinə düşəni edir. Biz isə çalış­malıyıq ki, bu vəsai­tlərdən səmərəli ist­ifadə edərək təhsili­mizin inkişafına, dü­nya reytinqlərində irəliləməsinə öz töhf­əmizi verək. Gələcək təhsili güclü olanl­arındır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər