Ru
14:12 / 19 Dekabr 2025

300-dən çox kəsilmiş ağac, qanunsuz ov... -Şahdağ Milli Parkında nə baş verir? -VİDEO/FOTO

300-dən çox kəsilmiş ağac, qanunsuz ov... -Şahdağ Milli Parkında nə baş verir? -VİDEO/FOTO
Eye

Şahdağ Milli Parkının İsmayıllı bölməsində ağac kəsintisi ilə bağlı araşdırmalar davam edir.

Bu barədə Bakupost.az -a İsmayıllı rayon Diyallı kənd sakini Kamandar Şərifov bildirib.

Kamran Şərifovun sözlərinə görə, artıq bir müddətdir ki, deyilən ərazidə ağaclar kəsilir, eyni zamanda qanunsuz ov edilib.

“Bununla bağlı da sosial şəbəkələrdə görüntülər yayılıb. Məhz sakinlərin şikayətindən sonra məsələ ilə bağlı araşdırmalar başlanılıb”, - deyə şikayətçi bildirib.

Araşdırmaların aparıldığını Bioloji Müxtəlifliyin Qorunması Xidməti də təsdiqləyib.

Qurumun mediada yayılan açıqlamasında bildirilir ki, Şahdağ Milli Parkının ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb:

“İlkin araşdırmalara görə ağac kəsintisi baş verən ərazinin Şahdağ Milli Parkının ərazisi olmadığı müəyyən edilib. Sözügedən ərazinin mülkiyyətiçisini müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Araşdırma yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlər görüləcək və dəymiş ziyanın məbləği cinayət tərkibi yaradarsa toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.

Ərazidə yaşayan sakinlərin iddiasına görə, araşdırmalar nəticəsində 300-dən artıq ağacın kəsildiyi məlum olub. Həmin ağacların əsasən fıstıq ağacı olduğu bildirilir.

Azər, BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar