“500 manata kirayə ev tutsun, yemək yesin, paltar alsın, bəs bu gənc necə yaşasın? Gəncin problemi dəhşətlidir. Bizim nə qədər gənclərimiz var”.
“Bakupost” xəbər verir ki, bunu Xalq artisti İlham Namiq Kamal “Gənclər hara baxır?” podkastında deyib.
O bildirib ki, gənclərin işlə təmin olunması ciddi problemdir:
“Məsələn, 1-2 ay bundan əvvəl oğlum İqtisad Universitetini bitirdi. Məzuniyyət gününə getdim, orada elan etdilər ki, 6 min tələbə məzundur. Tək İqtisad Universitetindən. Mən öz-özümə düşündüm, yaxşı, bu 6 min tələbə harada işləyəcək? Çox maraqlı hadisədir. Axı indi təyinat da yoxdur. Onlar harada yer tapacaqlar? Bakıda bu 6 minə ehtiyac olacaqmı?
Amma təyinat olsaydı, regionlara - Xankəndiyə, Şəkiyə, Naxçıvana gedərdilər, öz həyatlarını qurardılar. Bu məsələ, mənə elə gəlir ki, aktualdır. Bizim ziyalılarımız bu məsələyə səs verməlidirlər.
Bilirsiniz, gənclik sabahındır. Sabah isə bugündən başlayır”.
Lalə, BakuPost