Ru
23:31 / 20 May 2019

8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi

3606
Şamaxı
rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il
təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə
komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

 

 
 
BakuPost.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət
İbrahimov məlumat verib.

 

 
  Onun
sözlərinə görə, ailədə üç qardaş olublar: "Mən və qardaşlarımdan biri
hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan
xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını
dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib.
Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına
göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən bizim evə gətirilib? Yəni mənim qardaşım fəraridir? Belə səhv ola
bilməz”.
 

 

 

N.İbrahimov
bildirir ki, mərhum R.İbrahimova 2008 və 2010-cu ildə iki dəfə çağırış gəlib,
müayinədən keçib: "O zaman qardaşımı çağırış vərəqəsi əsasında hərbi hissəyə
apardılar və bir gün sonra onu hərbi xidmətdən geri gödərdilər ki, bu uşaq
xəstə olduğu üçün hərbi xidmətə yararsızdır. Yaxşı, mən başa düşmürəm, hərbiyə
yararsız diaqnozu olsa da, qardaşma təkrar 2019-cu il mayın 14-də hərbi xidmət
üçün yenidən çağırış vərəqəsi nəyə görə gəlib? Bu necə olur? Axı qardaşımın
ölüm sənədi və hərbi bileti, xəstəliyi haqda bütün sənədləri Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindədir".

 

 
 
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsindən ONA-nın
yerli bürosuna verilən məlumata görə, şəhər və rayon qeydiyyat şöbələrinin
hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının
dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum
tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün
qeydiyyatı barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində
məlumat verilməlidir. Lakin belə bir sənət təqdim olunmadığına görə Şamaxı
rayonu Avaxıl kəndində yaşayan 1987-ci il təvəllüdlü İsgəndərov Rauf Ötərxan
oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi
göndərilib.

 

 
  Yerli
kənd icra nümayəndəliyi isə bildirib ki, rayonun Avaxıl kəndində yaşayan və
sonra dünyasını dəyişən Rauf İbrahimovun ölümü haqqında şəhadətnamə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə vaxtında
təqdim olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər